Сообщения

Məktub 12 noyabr 2021-ci il Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya      “Rəsulzadə - ev muzeyi” İctimai Qrupu   Hörmətli Mehriban xanım, Müraciətimizin məqsədini bildirməzdən əvvəl təmsil etdiyimiz qrup haqqında məlumatlı olmanızı lazım bilirik. Qarşısına Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı, Azərbaycançılıq milli ideologiyasının yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin Bakı şəhərində ev – xatirə muzeyinin yaradılması vəzifəsini qoymuş “Rəsulzadə - ev muzeyi” İctimai Qrupu 2019-cu ilin noyabr ayında təsis edilmişdir və ölkəmizin görkəmli elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərini, hüquq, media və gənclər qurumlarının nümayəndələrini, eləcə də diaspora təşkilatları qismində Rusiya, Almaniya, Fransa, İsveç, Norveç, İngiltərə, Hollandiya, Polşa, Ukrayna, Türkiyə, İran və digər ölkələrdə yaşayan soydaşlarımızı, Türkiyənin bir sıra  ictimai birliklərini və xadimlərini əhatə edir.  İlkin tərkibinə akademiklər, tanınmış diplomat və i